“Xalqlar dostluğu” stansiyasının adı dəyişdirilir? – RƏSMİ AÇIQLAMA

“Xalqlar dostluğu” stansiyasının adı dəyişdirilir? –

1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul olunub. Ölkəmiz müstəqillik qazandıqdan sonra SSRi-yə məxsus adlardan imtina etməyə, suverenliyimizi göstərən adlara üstünlük verməyə başlayıb.

Amma hələ də bəzi yerlərdə, xüsusislə “Bakı Metropoliteni” QSC-yə məxsus stansiyalarda sovet dönəminin xatiələrini daşıyan adlar qalmaqdadır. Bunun bariz nümunələrindən biri metronun “Xalqlar Dostluğu” stansiyasıdır.

“Xalqlar Dostluğu” stansiyası "Bakı Soveti-Əhmədli" yol mənzili sahəsində "Əhmədli" stansiyası ilə eyni gündə açılıb. Sovet hakimiyyəti dövründə açılan son iki stansiyadan biridir. Onun açılışı Sovet hakimiyyətinin tənəzzülə uğradığı dövrün milli zəmində münaqişələrin get-gedə vüsət aldığı bir dövrə təsadüf edir. Sovet və Respublika rəhbərliyi bu yolla dövrün ictimai-siyasi və sosial hadisələrinə reaksiya verərək, sanki artıq geriyə yolu olmayan prosesləri bərpa etmək istəyirdi...

Sosial şəbəkələrdə gedən müzakirələrdə Bakı metrosunun bu stansiyasının adının dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirilir. Maraqlıdır, hazırda stansiyanın adının dəyişdirilməsi gündəmdədirmi?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhəri Nəsimi Paşayev Modern.az-a deyib ki, hazırda belə bir məsələ gündəmdə deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...