Ermənistan MN daha bir məlumatı gizlədib - 1 ölü, 7 yaralı (ADLAR)

Ermənistan MN daha bir məlumatı gizlədib -

"Ordu rəhbərliyindən tələb edirəm ki, mənim övladıma ölümündən sonra qəhrəman adı verilsin. Övladım diqqətdən kənar qaldığına görə özümü təhqir edilmiş, tapdanmış kimi hiss edirəm".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu iki ay öncə tank əleyhinə mina partlayışı nəticəsində ölən Hrant Manqasaryanın anası deyib.

Əsgər anasının sözlərinə görə, onun övladını layiqincə qiymətləndirmədiyinə görə Ermənistan müdafiə nazirliyindən narazıdır. O, Hrantın aprel döyüşlərində iştirak etdiyini və işğal altında olan Ağdərədəki hərbi hissədə ən yaxşı snayper elan olunduğunu bildirib.

"Övladım diqqətdən kənar qaldığına görə özümü təhqir edilmiş, tapdanmış kimi hiss edirəm", - deyə ölən erməni əsgərinin anası Nune bildirib.

Məlumata görə, Hrant Manqasaryan Loru vilayətinin Şirakamut (Nalbənd - red.) kəndindəndir. Anasının sözlərinə görə, Qarabağda aprel döyüşləri başlayarkən, Hrant İrəvandakı hərbi hissədə snayper təlimi keçib.

Məlumatda, 2017-ci il noyabrın 4-də işğal altında olan Qarabağda baş verən hadisənin vacib təfərrüatları da məlum olub. Belə ki, hərbi hissənin anbarında baş verən tank əleyhinə qumbaranın partlayışı nəticəsində 1 erməni hərbi qulluqçusunun ölməsi, 2 nəfərin isə yaralanması bildirilmişdi. Lakin Qarabağdakı qanunsuz hərbi birləşmənin "rəhbərliyi" yaralıların hamısın adını açıqlamayıb.

“İnsan hüquqları naminə hüquq müdafiəçisi jurnalistlər” təşkilatının əlində 4 noyabr partlayışı ilə əlaqədar qaldırılmış cinayət işinin sənədləri var. Həmin sənədlərdə hadisə zamanı ölən 1 nəfərin və yaralanan 7 nəfərin adları qeyd edilib.

Beləliklə, Ağdərədəki hərbi hissədə 4 noyabr tarixində tankəleyhinə qumbara partlayışı nəticəsində düşmənin 1 ölüsü olmaqla, 7 yaralısı olub:

Ölü
Müddətli xidmət hərbi qulluqçusu Hrant Manqasaryan

Yaralı
Müqaviləli hərbi qulluqçu Qevorq Hyusnunts
Müddətli xidmət hərbi qulluqçu Sergey Alumyan
Müddətli xidmət hərbi qulluqçu Erik Avetisyan
Müddətli xidmət hərbi qulluqçu Narek Bareğamyan
Müddətli xidmət hərbi qulluqçu Melsik Marqaryan
Müddətli xidmət hərbi qulluqçu Hovanes Şərmazanyan
Müddətli xidmət hərbi qulluqçu Vanik Poğosyan

Partlayışdan sonra yaralıları işğal altında olan Ağdərədəki hərbi hospitala təxliyyə ediblər. Ermənistan müdafiə naziri Vigen Sarkisyan ölən hərbi qulluqçu Hrant Manqasaryanın ailəsinə baş çəkməyib.

İstintaq komitəsinin baş hərbi idarəsində hadisə ilə əlaqədar cinayət işi açılıb. Cinayət işindəki materiallara görə, Qarabağdakı qanunsuz hərbi birləşmənin 49971 nömrəli hərbi hissəsinin komandirləri tərəfindən səhlənkar yanaşma nəticəsində, ağır nəticələrə səbəb olan tank əleyhinə qumbaranın partlayışı baş verib. Hrant Manqasaryanın işində zərəçəkən kimi, onun anası Nune Hakopyan tanınıb. İstintaq komitəsindən bildiriblər ki, bu hadisə ilə əlaqədar hələ heç kimə ittiham irəli sürülməyib, həbs edilən yoxdur. İlkin araşdırma davam edir.

Faciə barədə Hrantın ailəsinin kifayət qədər məlumatı var. Bilirlər ki, qumbara partlayışından zərər çəkən hərbi qulluqçular bir gün əvvəl ön xətt mövqelərindən qayıdıblar. Döyüş növbətçiliyindən sonra yorğun olmalarına baxmayaraq, silah və sursatları qaydaya salmaq üçün anbara göndəriliblər.

Qumbara partlayışından Hrantın bədəni elə hala düşüb ki, onu morqda formalaşdırmağa da çətinlik çəkiblər. Nune Hakopyan morqda oğlunun meyidini tanımağa şəxsən gedib. “Ayağının altındakı şramdan tanıdım ki, oğlumdur”, - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1033 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...