Kəmaləddin Heydərov Tərtər şəhərində vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Tərtər şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 yanvar 2018-ci il tarixində Tərtər şəhərində Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, qəbulda Tərtər, Ağdam, Bərdə rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-nin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında 23 yanvar 2018-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...