Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü işdən azad edilib

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü işdən azad edilib

Bu gün Bakı Nəqliyyat Agentliyinə (BNA) 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib.

BNA-dan “APA-Economics”ə verilən məlumata görə, sürücünün sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə etməsi müəyyən edilib.

“Həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Agentliyin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı, daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb”, - deyə məlumatda vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...