Polisə işə düzəltmək adı ilə 26 min manatını aldılar

Polisə işə düzəltmək adı ilə 26 min manatını aldılar

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan İlham İsgəndərov və Orxan Şaldıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Azər Paşayev sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər ikisinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəyib.

Qeyd edək ki, hər iki şəxs ev dustaqlığındadır. Onlar barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmədə məlum olub ki, zərərçəkmişlə barışıq əldə edilməyib. Zərərçəkmiş dəymiş zərərin ödənilməsi ilə bağlı istintaqa razılıq ərizəsi versə də məhkəməyə müraciətində pulunun ödənilmədiyini deyir.

İttihama görə təqsirləndirilən şəxslər Məmmədov Elnur Müzəffər oğluna qarşı dələduzluq ediblər. Ondan oğlunu Dövlət Yol Polisinə işə düzəltmək adı ilə 26 min manat alıblar. Onlar Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq) maddəsi ilə ittiham edilirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...