Cüdoçu polis kapitanı çempion olub
Bu yaxınlarda Bakı İdman Sarayında keçirilən çüdo üzrə Azərbaycan çempionatında DİN-in Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanı Hikmət Cəbiyev növbəti dəfə baş mükafata sahib olub. Usta cüdoçular arasında,. çəkisi 90 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərinə qalib gələrək daha böyük qələbələr qazanmaq iddiasında olduğunu təsdiq edib. Qeyd edək ki, H.Cəbiyevi bu yarışlara DİN İdman Cəmiyyətinin Cüdo Bölməsinin rəhbəri Zakir Kərimov hazırlayıb.
Polis kapitanı H.Cəbiyev cüdo ilə yanaşı cui-citsu ilə də məşğul olur. Dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb. Cui-citsu yarışlarına isə təmsilçimizi əməkdar məşqçi Rəsul Məmmədov hazırlayıb.
Bu yarışda H.Cəbiyev qələbə adını qazanmaqla yanaşı bu il cüdo üzrə Meksikada keçiriləcək dünya, Şotlandiyada keçiriləcək Avropa çempionatına vəsiqə əldə edib.
H.Cəbiyev, həmçinin cari ilin aprelində cui-citsu üzrə polislər arasında keçiriləcək Avropa çempionatına qatılacaq. İnanırıq ki, həmişə sevindirici xəbərlərlə qayıdan idmançımız bu yarışda da ona olan ümidləri doğruldacaq.
912 dəfə oxundu