DGK ötən ay büdcəyə 225 mln. manatdan artıq vəsait köçürüb

DGK ötən ay büdcəyə 225 mln. manatdan artıq vəsait köçürüb

Bu ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 225 mln. 379,6 min manat təşkil edib.

"APA-Economics" qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin dekabr ayı ilə müqayisədə daxilolmalar 9 mln. 625,8 min manat və ya 4,09% az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 8 mln. 365,2 min manat və ya 3,85% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 73 mln. 905,2 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 132 mln. 850,2 min manat, aksizlər üzrə 15 mln. 674,7 min manat, yol vergisi üzrə isə 2 mln. 949,5 min manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
787 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...