Özünü Kürə atan tələbənin meyiti çıxarılıb

Özünü Kürə atan tələbənin meyiti çıxarılıb

Özünü körpüdən Kür çayına atan gəncin meyiti dalğıclar tərəfindən aşkar edilib.
"Report"un Şirvan bürosu xəbər verir ki, Aran dalğıc-axtarış qrupunun Kür çayında batan iki günlük axtarışları nəticə verib. Meyit sahilə çıxarılıb.

Özünü çaya atan şəxsin Göygöl rayon sakini Araz Rafiq oğlu Abbasov olduğu müəyyənləşib. O, Mingəçevir Turizm Kollecinin 2-ci kursunda qiyabi təhsil alırmış. Məlumata görə, A.Abbasovun dayısı Mİngəçevir şəhərində yaşayır. O, payız imtahan sessiyası üçün Mingəçevirə gəlib və dayısının evində qalıb.
Hadisənin səbəbləri araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1014 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...