SABAH HAVA NECƏ OLACAQ?

SABAH HAVA NECƏ OLACAQ?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GUNDEMİNFO.AZ-a verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında

Yanvarın 05-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1166 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...