Əbülfəs Qarayev: "Əksər hotellərdə bayram günlərinə boş yer qalmayıb"
"Tələbat Azərbaycanda turizm infrastrukturunun genişləndirilməsi və yeni otellərin tikilməsini diqtə edir".
"Report" xəbər verir ki, bunu nazir Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında deyib.
Onun sözlərinə görə, artıq Yeni il ilə bağlı hotellərin əksəriyyətində yer qalmayıb: "Azərbaycan vətəndaşlarının əksəriyyəti bayramı ölkədə keçirməyi qərara alıb. Bunun üçün də yerlərdə konsert proqramları və əyləncələrin təşkilinə xüsusi önəm verilir".
Nazir qeyd edib ki, Azərbaycandakı hotellərin qiymət siyasəti dünya miqyası ilə müqayisədə yüksək deyil: "Hotellərdə bayram ərəfəsində və həftəsonlarında qiymətlərın artması beynəlxalq təcrübədən irəli gəlir. Ancaq bu da ölkəmizdə digərləri ilə müqayisədə qiymətlər daha yüksək olması demək deyil. Hazırda Azərbaycan hotelləri hər bir potensial turistə müvafiq qiymətlər təqdim etməyə nail olublar. Bəzi hotellərdə qiymətlər 50 manata qədərdir, bəzilərində də 1000 manatdan bahadır. Azərbaycan turizm bazarı öz inkişafı ilə düzgün siyasətin aparılmasına nail olur".
860 dəfə oxundu