Mağaza müştəridən zorla pul almasına aydınlıq gətirdi
Bakıda fəaliyyət göstərən COCO mağazasında xanımı məcburi şəkildə 45 manata broş almağa məcbur edib, buna görə onu zorla mağazada saxlayıblar.
Bu barədə Axar.az-a Azad istehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, hadisə Bakıda 28 may küçəsində fəaliyyət göstərən COCO adlı bijuteriya mağazasında baş verib.
Belə ki, mağazada yaranmış sıxlıq zamanı müştəri Lalə Qazıbəyovanın 4 yaşlı oğlu bilmədən dükandakı manikenə toxunub və onu aşırıb. Bu zaman manikenin əynindəki pencəyin yaxasına sancımış 15 ədəd rəngli kiçik bəzəyi olan broş yerə düşüb. Zərbədən broşun üzərində olan 2 qaş qopub.
Mağazanın satıcıları buna L.Qazıbəyovanı günahlandırıb və mağazaya dəymiş zərəri ödəməmiş onları buraxmayacaqlarını bildiriblər. Satıcılar boruşun üzərindən düşən iki qaşa görə müştəridən 45 manat pul tələb ediblər.
Müştəri kişik oğlu ilə birlikdə olduğu üçün uşaq daha da qorxmasın deyə məcburiyyət qarşısında 45 manatı ödəyib və iki qaşını düşürdüyü broşu alıb.
Hadisədən bir gün sonra müştərinin valideyni mağazadan qızına 45 manata satılan broşun qiymət sənədini və üzərindən düşən iki plastmas qaşın qiymət sənədini tələb edib. Lakin satıcılar belə sənəd olmadığı üçün verə bilməyib və pulu geri qaytarmayıblar.
Şikayətçi istehlakçı hüquqlarının qorunmasına və məcburi qaydada ona ödətdirilən 45 manatının geri qaytarılması üçün kömək istəyir.
***
Xanım mağazada olduğu zaman yanındakı uşaq dəcəllik edir, əşyalara toxunurdu. Dəfələrlə xanıma bu barədə xəbərdarlıq etdik. Lakin xanım dediyimiz heç nəyə əhəmiyyət vermədi. Bizim əmlakımıza, malımıza zərər dəyib. Onu bir başqa müştəriyə sata bilməzdik axı?
Bu sözləri Axar.az-a COCO mağazasının müdiri Tural Xankişiyev mağazada müştərinin 4 yaşlı övladının zərər vurduğu broşa görə 45 manat ödəməsinə münasibət bildirərkən deyib.
Mağaza müdirinin sözlərinə görə, onlar bu məqamda tam qanunla hərəkət edib, məhsula vurulan zərəri buna səbəb olan şəxsə ödədiblər:
“Bizim xəbərdarlıqlara baxmayaraq, xanım bildirirdi ki, mən müştəriyəm, siz uşağı sakitləşdirməlisiniz. Bir az sonra uşaq mağazadakı manikeni aşırdı və 45 manatlıq broşun üzərindəki qaşlardan bir neçəsinin tökülməsinə səbəb oldu. Biz xanıma xəbərdarlıq etdiyimizə görə bildirdik ki, qaşlarının tökülməsinə sizin uşağınız səbəb olduğu üçün broşu almalısınız. Etiraz etdi. Lakin biz ona əvvəlcədən xəbərdarlıq etmişdik ki, uşağa nəzarət etsin. Biz ona dövlətin qanunlarını da göstərdik ki, hüquqi və ya fiziki şəxsin əmlakına vurulan zərərin əvəzini zərərvuran tam həcmdə ödəməlidir. Lakin xanım buna da əhəmiyyət vermək istəmirdi. Son nəticə olaraq o pulu verdi, lakin növbəti gün atası ilə mağazaya gəlib satıcımızı təhqir etdi”.
T.Xankişiyev bildirib ki, olanlar hamısı mağazanın təhlükəsizlik kamerasına düşüb:
“Bizdə bütün bunları sübut edəcək videogörüntülər də var. Hazırda bunu yaymağımız düzgün deyil. Azad İstehlakçılar İctimai Birliyi bizim hüquqlarımızı da qorumalıdır. Burada zərər görən də, şikayət edilən də bizik. Mağazamınızın təhqir edilən əməkdaşının hüquqlarını kim qoruyacaq? Eyyub Hüseynov sahibkarlara dəstək olmalı, hüquqlarını qorumalıdır. Prezident İlham Əliyev də çıxışlarında sahibkarlara güzəştlər edilməsini bildirib dəfələrlə. Biz heç kəsi mal almağa məcbur etməmişik. Burada haqqı pozulan bizim mağazadır. Ancaq müştəri oğlunun etdiyi dəcəllik səbəbindən qaşlarını düşürdüyü broşa görə bizi günahlandırır”.
1030 dəfə oxundu