Ramil Usubov Salyanın rəisini niyə işdən çıxartdı? - SƏBƏB

Ramil Usubov Salyanın rəisini niyə işdən çıxartdı? -

Bu gün daxili işlər naziri Ramil Usubov Salyan rayonuna yeni polis rəisi təyin edib.

Qaynarinfo xəbər verir ki, 2015-ci ildən sözügedən rayonun polis rəisi olan Təhmasib İbrahimovu bu postda Cəbrayıl Vəliyev əvəzləyib.

Yenicag.az-ın məlumatınaa görə, polis polkovnikinin işdən çıxarılmasına səbəb onun pensiya yaşına çatması olub. Mənbə bildirir ki, Azərbaycan prezidenti tərəfindən "Vətən uğrunda” medalı ilə təltif olunan İbrahimov polis orqanlarının ən fəal zabitlərindən olub.

Qeyd edək ki, 60 yaşlı Təhmasib İbrahimov əvvəllər Bakının Suraxanı, sonradan isə Ağcabədi və Beyləqan rayonlarında polis rəisi kimi çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...