Ramil Usubovdan yeni təyinatlar - Nazirin qardaşı oğlu rəis oldu

Ramil Usubovdan yeni təyinatlar -

Bakının dörd rayonuna yeni polis rəisləri təyin olunub. Gundeminfo.az-ın "Report”a istinadən məlumatına görə, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...