İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb
İŞİD terror qruplaşması Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon bildirib ki, terror aktı zamanı 13 nəfər ölüb. Kataloniyanın Daxili İşlər Nazirlliyi də faktı təsdiqləyərək bildirib ki, 50-dən çox xəsarət alan var.
Yerli KİV-in məlumatına görə, hadisə zamanı 80 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Terror aktını törətməkdə şübhəli bilinənlərdən biri həbs edilib, digəri isə polislə baş vermiş atışmada öldürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...