1 qrup əlil DYP əməkdaşı tərəfindən döyüldü

1 qrup əlil DYP əməkdaşı tərəfindən döyüldü


26.03.2016-cı il tarixdə Sumqayıt şəhəri 2-ci mikrorayon dom 25/63, mənzil 25 yaşayan Quliyev Həsənqulu Əli oğlu yuxarıda yazılan ünvanda maşını öz həyətində saxlayarkən DYP əməkdaşları tərəfindən təhqir olunmuş və sonda döyülübdür

Bu barədə Azerbaycaninfo. az-a məlumat verən Quliyev Həsənqulu Əli oğlunun sözlərinə görə ona yetirilən fiziki zorakılıqla bağlı xəstəxanaya müraciət etmiş və mqvafiq tibbi müayinədən keçmişdir.

Bu arada şikayətçinin Azerbaycaninfo.az-a verdiyi məlumata görə, Quliyev Həsənqulu Əli oğlunun qardaşı 1 qrup əlil Quliyev Vasif Əli oğlu hadisə yerinə gələrkən ona da ciddi bədən xəsarətləri yetirən DYP əməkdaşı Bayramov Muxtar Həbib oğlu əlilin maşınını cərimə meydançasına apartdırmışdır. 1 qrup əlil Quliyev Vasif Əli oğlu aldığı xəsarətlərlə bağlı dərhal Sumqayıt şəhət Təcili Tibbi yardım xəstəxanasına müraciət etmiş və hal hazırda həmin xəstəxananın neyrocərrahiyyə şöbəsində müalicəsini davam elətdirir. Qeyd edək ki, qarşı tərəf DYP əməkdaşı Bayramov Muxtar Həbib oğlu da həmin xəstəxananın neyrocərrahiyyə şöbəsinə müraciət etmiş və baş-beyin travması aldığını bildirmişdir.

Xəstəxananın neyrocərrahiyyə şöbəsinin müdiri Emin Yaqubovun sözlərinə görə hər iki xəstə baş-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və lazımi profilaktik tədbirlər həyata keçirilmişdir. Həkimin sözlərinə görə hər iki xəstənin vəziyyəti normal və vəziyyətə uyğundur. DYP əməkdaşı Bayramov Muxtar Həbib oğlu isə məsələ ilə bağlı heç bir aşıqlama vermədi. Xəsarət alan Quliyev qardaşları polis əməkdaşları tərəfindən onlara qarşı həyata keçirilən bu haqsızlığın tezlikə araşdırılmasını və günahkarların tezliklə cəzalandırılmasını aidiyyatı qurumlardan tələb edirlər. Və Quliyev qardaşları sonda Baş prokurorluğa, Daxili işlər nazirliyinə də müraciət ünvanladılar ki, hadisə obyektiv araşdırılsın.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...