İcra başçısı təyin olunan şəxsin öncəki vəzifəsini kim icra edir?

İcra başçısı təyin olunan şəxsin öncəki vəzifəsini kim icra edir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin edilib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Nazirin əmri ilə Azər Eldar oğlu Rəhimov Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini təyin olunub. O bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə idi. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...