Bərdədən Xankəndinə avtobus reysi açılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sabahdan “Böyük Qayıdış” proqramı çərçivəsində Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.
Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi “biletim.az” portalına inteqrasiya edilib. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2,8 manat, Bərdə-Xocalı istiqamətində 2,5 manat təşkil edir.
Biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması da mütləqdir.
254 dəfə oxundu