Yol polisi birinci qrup əlilə bir gündə iki dəfə cərimə yazdı - Şikayət - FOTO

Yol polisi birinci qrup əlilə bir gündə iki dəfə cərimə yazdı -
Ordubad rayonu, Kələki kənd sakini, birinci qrup əlil Qafqaz Hüseynov Dövlət Yol Polisi əməkdaşları tərəfindən bir gündə iki dəfə qanunsuz olaraq cərimələnib.
O, bu barədə Bakupost.az -a şikayətində bildirib.

Q.Hüseynovun sözlərinə görə, avtomobili özünün idarə etməsinə fiziki imkanı yoxdur:
"Birinci qrup əliləm. Avtomobili dost-tanış pul yağıb alıb ki, harasa gedəndə əlil arabası ilə gedə bilim. Maşın elə düzəldilib ki, əlil arabası salona yerləşir. Özüm anadangəlmə əlil olduğum üçün maşını sürə bilmirəm. Ona görə də arada harasa getmək lazım olanda həmkəndlim Səmədi çağırıram ki, gəl, maşını sür gedək. Yəni avtomobil ancaq mən içində olanda hərəkət edir. Səmədin də sürücülük vəsiqəsi var. Ona görə də ona etibarnamə verməyə ehtiyac görməmişəm".
Q.Hüseynov deyir ki, DYP əməkdaşları "Sürücülük hüququ olmadan avtomobil idarə etmək" maddəsi ilə ona bir gündə iki dəfə cərimə yazıblar:
"Cərimələrdən birinin məbləği 300, digərininki isə 100 manatdır. Düşünürlər ki, maşın mənim adınadır, başqa adama etibarnamə verməmişəm deyə, yəqin özüm sürürəm. Ancaq mən hər dəfə maşın hərəkətdə olanda onun içində oluramsa, Səmədə etibarnamə verib-verməməyin nə mənası var? Üstəlik Azərbaycanda üztanıma kamerası yoxdur ki, bunlar kameradan baxıb maşını sürənin kim olduğunu təyin etsinlər. Bu halı ancaq və ancaq DYP işçisi aşkar edə bilər. Amma buna baxmayaraq, mənə bir gündə iki dəfə cərimə yazıblar. Bu, tamamilə qanunsuzdur".


Yol polisi birinci qrup əlilə bir gündə iki dəfə cərimə yazdı -
Yol polisi birinci qrup əlilə bir gündə iki dəfə cərimə yazdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...