"Qurtuluş-93"də zirzəmisi sökülən bina əvvəlki vəziyyətinə qaytarılacaq – RƏSMİ

"Qurtuluş-93"də zirzəmisi sökülən bina əvvəlki vəziyyətinə qaytarılacaq –
Abşeron rayonu, Masazır qəsəbəsi, Akif Səməd küçəsi 50 ünvanında yerləşən yaşayış binasında qeyri-qanuni söküntü işlərinin aparıldığı fakt təsdiqini tapıb.
Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən ünvanda yerləşən yaşayış binasına Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən baxış keçirilib:
“Qeyd olunan fakt təsdiqini tapıb. Binanın layihə vəziyyətinin qaytarılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına, eyni zamanda MTK-nın rəhbərliyinə Agentlik tərəfindən müraciət ünvanlanıb”.
Xatırladaq ki, sözügedən ərazidə yaşayan sakinlər Yeniavaz TV-yə müraciətlərində bu barədə məlumat vermişdilər.
Onlar yüzlərlə sakinin yaşadığı binanın zirzəmisinin söküldüyünü qeyd etmişdilər.
Sakinlər, həmçinin söküntü işlərinin “Qurtuluş-93” şirkəti tərəfindən aparıldığını bildirmişdilər.
Daha ətraflı:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...