Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

“Bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir”.

“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, bəzi televiziyalarda yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə problem reytinq xətrinə və kanalın özünə verən istiqamətdə təqdim olunur.

S.Qəhrəmanova bu yaxınlarda belə hadisəyə görə televiziyalardan birində yayımlanan verilişə zəng etdiyini söyləyib: “Mən efirə zəng edib biabırçılığı dayandırmağı tələb etdim. Axı insanın şəxsi həyatına müdaxilədir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...