Qarabağda məsciddə donuz saxlayırdılar, Tehranda Quran oxuyurlar - Erməni ikiüzlülüyü

Qarabağda məsciddə donuz saxlayırdılar, Tehranda Quran oxuyurlar -
Tehranın erməni məhəlləsinin yepiskopu Sebu Sarkisyan xüsusi mətbuat konfransı keçirib.

Yenisabah.az "Hamshahri Online"a istinadla xəbər verir ki, o, Quranın təhqir olunmasını pisləyib.

Erməni din xadimi Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quranı yandıran sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludanın hərəkətini qınamasını isbatlamaq üçün mətbuat konfransına müsəlmanların Müqəddəs Kitabı ilə gəlib.

Yenisabah.az olaraq qeyd: Əlbəttə, istənilən başqa din nümayəndəsinin, o cümlədən xristian-qriqorian kilsə nümayəndəsinin islamafob hərəkəti pisləməsi təqdirəlayiqdir. Lakin Tehranın erməni yepiskopu Sebu Sarkisyanın bu addımla ancaq İslam Respublikasının rəhbərliyinə xoş gəlmək niyyəti güdməsi şübhəsi var. Belə olmasaydı, S. Sakisyan bundan əvvəl də müsəlman inanclı insanlara qarşı təhqiramiz və vəhşi hərəkətlərə etinasız qalmazdı. O cümlədən Azərbaycan Respublikası ərazisinə göz dikən, 30 ilə yaxın müddətdə onu işğal altında saxlayan soydaş və dindaşlarıına zamanında etiraz bildirərdi.

Danılmaz həqiqətlərdən biri də budur ki, məhz erməni qriqorian kilsəsi əsrlər boyu öz icmasını təbəəsi olduğu və birgə yaşadığı müsəlman dövlətlərin, habelə erməni dövləti yarandıqdan sonra qonşu ölkələrin ərazisinə qəsd etmək, dinc insanların malına, mülkinə və heysiyyətinə təcavüz etməyə ilhamlandırıb.

Bu mənada istər Tehranda, istər İrəvanda, istərsə də dünyanın digər coğrafi məkanında olan erməni din xadimləri və xristian-qriqorian icmasının bütövlükdə müsəlmanlardan, o cümlədən Azərbaycandakı İslam ardıcıllarından üzr borcu, habelə günahları etiraf və tövbə etmək öhdəliyi var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
380 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...