"İbtidai sinif müəlliminin maaşı institut direktorununkundan çoxdur"

"İbtidai sinif müəlliminin maaşı institut direktorununkundan çoxdur"
“Hazırda ibtidai sinif müəlliminin əməkhaqqısı hər hansı tədqiqat institutunun direktorununkundan çoxdur”.

GUNDEMİNFO.AZ AzEdu.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında” bildirib.

“Bu, elə-belə nəticə deyil. Son illərdə müəllimlərin işə qəbuluna xüsusi diqqət edilir, qəbul müsabiqə əsasında həyata keçirilir. Artıq müəllimlərin sertifikasiya prosesinə də start verildi və nəticələrə uyğun olaraq əməkhaqqıları artırıldı. Prosesdə ilk iştirak edənlər də ibtidai sinif müəllimləri oldu. 2015-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılır və prosesə davam ediləcək. Beləliklə, biz arzuolunan nəticələr əldə edə bilirik” - nazir qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...