Ramiz Mehdiyev YAP-ın yubileyinə çağırılmayıb?

Ramiz Mehdiyev YAP-ın yubileyinə çağırılmayıb?
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilir.

Məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirinə YAP üzvləri və müxalif partiyaların sədrləri də qatılıblar.

Yubiley tədbirinə gələnlər arasında Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev görünməyib.

Məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlasaq da, o, tədbirə qatılıb-qatılmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib və dəstəyi asıb.

Qeyd edək ki, R. Mehdiyev 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub/Unikal.org

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...