Sabir Rüstəmxanlının partiyası İqbal Ağazadəni dəstəklədi

Sabir Rüstəmxanlının partiyası İqbal Ağazadəni dəstəklədi


Vətəndaş Həmrəyliyi Partiyası 35 saylı Xətai üçüncü Seçki Dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin dəstəklənməsi barədə qərar verib.

Partiyanın mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilir ki, VHP seçkilərdə rayon təşkilatı üzvlərini və tərəfdarlarını İqbal Ağazadəyə səs verməklə bağlı tövsiyə verib. Xatırladaq ki, bir müddət əvvəl Vətəndaş Həmrəyliyi Partiyasının Xətai üçüncü Seçki Dairəsindən irəli sürdüyü namizəd Rəşad Məmmədli də İqbal Ağazadənin xeyrinə namizədliyini geri götürmüşdü.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...