İlham Əliyevin Qarabağ əminliyi - TƏHLİL

 İlham Əliyevin Qarabağ əminliyi -
Azərbaycan hazırda Ermənistanın işğalı altında olan Qarabağ üzərində öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edəcək. Bu, prezident İlham Əliyevin Bakı ətrafında qaçqın və məcburi köçkünlər üçün tikilmiş "Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı etdiyi çıxışında əsas mesaj idi.

"Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək", - deyə dövlət başçısı qeyd edib. Belə bir əminlik üçün isə onun əlində bütün əsaslar mövcuddur. "Bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi" - prezident xatırladıb.

"Yenə də deyirəm, hərbi gücümüz, bizim beynəlxalq mövqelərimiz, beynəlxalq təşkilatların münaqişə ilə bağlı sərgilədiyi mövqe. Xüsusilə son illər ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, dünyanın bütün aparıcı ölkələri, həmçinin. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident seçkiləri" bunu bir daha göstərdi. O saxta prezidenti, dırnaqarası prezidenti heç kim tanımadı. Dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq" - İlham Əliyev deyib.

Azərbaycanın bu gün beynəlxalq arenada malik olduğu dəstək barədə prezidentin sözləri özünün növbəti parlaq və aşkar təsdiqini tapıb. Belə ki, Azərbaycanın əsas dövlət bayramı - Respublika Gününü qeyd etdiyi və Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident, ölkəmizin birinci xanımı Mehriban Əliyeva məcburi köçkünlər üçün "Qobu Park-3" yaşayış kompleksinin açılışında iştirak etdiyi eyni gündə dünya diplomatiyasında "əlamətdar" sayıla biləcək bir hadisə baş verib: Avropa Birliyinin sədr müavini Cozef Borel BMT Təhlükəsizlik Şurasının iclasında özünün proqram xarakterli bəyanatını səsləndirib. Avropa Birliyinin liderlərindən biri olan Borelin vurğuladığı kimi, "Milli suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək Avropa Birliyi ilə "Şərq tərəfdaşları" arasındakı münasibətlərdə əsas element olaraq qalacaq. Birgə, daha etibarlı və daha möhkəm Avropa qitəsi naminə işləyərkən Helsinkidə təsdiq edilmiş prinsipləri unutmaq olmaz".

İndi isə "Avrodiplomatiya" dilindən tərcüməyə keçək.

Cənab Borel bununla təkcə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörməti vacibliyini qeyd etməyib. Əvvəla, Avropa Birliyinin vitse-prezidenti ilk dəfə BMT kürsüsündən ciddi bir siyasi "oyunçu" kimi vahid Avropanın siyasi prinsiplərini bəyan edir ki, bu da öz-özlüyündə onun bəyanatına müqayisəyəgəlməz siyasi "ağırlıq" verir.

Avropa Birliyi bununla milli suverenliyə dəstəyin və ərazi bütövlüyünə hörmətin yalnız AB ölkələri daxilində deyil, Azərbaycanın da sırasında olduğu "Şərq tərəfdaşları" ilə münasibətlərdə də əhəmiyyətini, həm də artıq özünün siyasi prinsipi şəklində, "təməl daşı" olaraq vurğulayır. Nəhayət, belə bir bəyanat da səciyyəvidir: "Helsinkidə təsbit olunmuş prinsipləri birgə, daha təhlükəsiz və daha yekdil Avropa qitəsi naminə çalışarkən unutmaq olmaz".

İndi isə xatırladaq: Azərbaycan diplomatları və hüquqşünaslarının dəfələrlə təkrarladıqları kimi, Helsinki Aktına görə, güc tətbiq edilməməsi prinsipi o deməkdir ki, tanınmış sərhədləri pozmaq üçün gücdən istifadə edilə bilməz və öz müqəddəratını təyinetmə söhbətləri də dövlətlərin dünya miqyasında tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün pozulması üçün əsas yarada bilməz - nə barədə ki, artıq hər mənada ən ali tribunadan Yusuf Borel xatırladıb. Yəni beynəlxalq hüququ heç kim ləğv etməyib və ona hörmət etmək lazım gələcək.

Yada salaq, Minval.az-ın xəbər verdiyi kimi, hələ mayın 11-də Avropa İttifaqı Şurası, "Avropa Birliyinin "Şərq Tərəfdaşlığı"na üzv ölkələrə münasibətdə əsas parametrlərini təyin edən sənəd qəbul edib və orada əsas dəyərlər (demək, qurumun siyasətinin təməl prinsipləri) qismində "ortaq demokratiyanın ümumi zonasını yaratmaq üçün birgə öhdəliyə sadiqliyi, rifah və sabitliyi" müəyyən edib. Bu zaman "Helsinki Yekun Aktında və ATƏT-in Paris Xartiyasında deyildiyi kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik də daxil, beynəlxalq düzən qaydalarına, beynəlxalq hüquqa əsaslanan ümumi öhdəliyə" əsaslanıb. Beləcə, Avropa və dünyaya birmənalı mesaj göndərilir ki, Avropa siyasətində sərhədlərə və ərazi bütövlüyünə hörmət demokratiya və insan haqlarına hörmətdən heç də az önəm daşımır.

Bu mənada Cozef Borelin bəyanatı həm də aydın bir siqnaldır ki, Avropa İttifaqı Şurasının bəyan elədiyi mövqe artıq "işləyir". Vahid Avropa yeni dünyanın şərtləri və çağırışları şəraitində öz siyasətinə düzəliş edir, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət prinsiplərini daya yüksək səviyyəyə qaldırır ki, bu da Azərbaycanın maraqlarına uyğundur.

Aydındır ki, bu dəyişikliklər Azərbaycanın düşünülmüş "hücum" diplomatiyasının, Avropa Birliyi ilə iqtisadi əlaqələrin möhkəmlənməsinin nəticəsidir - hansı əlaqələr ki, diplomatların gərgin əməyi sayəsində indi siyasi dividentlərə çevrilməkdədir. Nəhayət, ən əsası, Azərbaycan Ermənistanla qarşıdurmada haqlıdır, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə uyğundur.

Güney Qafqaz üçün oxunuşda isə bütün bunlar belə bir aşkar nəticəni doğurur: hər şeyi öz adı ilə çağırsaq, Cozef Borel yalnızca ölkə sərhədlərinə hörmət edilməli olduğunu xatırlatmayıb, həm də erməni diplomatiyasının möhtəşəm "avro ümidini" darmadağın edib. İrəvanda açıq-aşkar ümidli idilər ki, özlərinin "inqilabi-demokratik imici" ilə ciddi dividentlərə, Avropa siyasətində "dönüş"ə nail ola biləcəklər. Avropa siyasətində "dönüş" həqiqətən də baş verməkdədir, amma əsla İrəvanın istədiyi yöndə yox. Elə təkcə bu, Ermənistan üçün nəinki pis, birbaşa dəhşətli bir xəbərdir. Ermənistan növbəti dəfə sifətindən, həm də BMT-də sarsıdıcı yumruq yemiş oldu.

Ancaq daha önəmlisi başqa şeydir. Məsələ ondadır ki, Ermənistanda "millətlərin öz müqəddəratını təyin etməsi" və "güc tətbiq edilməməsi" haqda danışmağı çox sevirlər. Amma indi məlum olur ki, ən sevimli istinadlar və arqumentlər, yumşaq desək, daha yaramır. Yəni onlar "Haykakan Jamanak" qəzetinin və ya "Lragir"in səhifələrində gözəl görünə, hətta haradasa "Ermənistanın dostları klubu"nun iclasında alqışa səbəb ola bilər, lakin ciddi diplomatiya səviyyəsində onlar daha işləmir - təəssüf və ah.
Bu yerdə yekə bir istehza ilə qeyd eləmək lazım gəlir ki, İrəvanın həddən ziyadə özündən razı siyasiləri gərək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun məsləhətlərini vaxtında dinləyə və Avropada Təhlükəsizlık və Əməkdaşlıq üzrə Helsinki Yekun Aktının mətnini təzədən oxuyaydılar, nəinki öz köməkçilərinin hazırladıqları "hekayə" və "arayışlara" qulaq asaydılar ki, indi qovluqları həyəcanlı şəkildə vərəqləmək və "Mimino" filmindəki məşhur məhkəmə səhnəsindəki Frünze Mkrtçyan kimi başlarını tutmaq zorunda qalmayaydılar.

Ermənistan yalnızca Avropa yolunda xal itirmir, İrəvanın həm də artıq heç bir "diplomatik" arqumenti qalmayan xarici siyasət konsepsiyası iflasa uğrayır. Üstəlik, bu, Qarabağ münaqişəsinin hərbi yolla həlli variantında gələcək reaksiyanın bir proqnozudur. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev "Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı etdiyi çıxışında deyib: "Danışıqlar öz yerində, ancaq siz yaxşı görürsünüz ki, bu gün güc faktoru ön plana çıxır".

Bir sözlə, İrəvanın üzərində düşünməli olduğu bir şey var. Ən yaxşısı bunu vaxtında etməkdir ki, sonra Helsinki Yekun Aktını orijinal mənbədən oxumaq zorunda qalmaq kimi vəziyyət təkrarlanmas
Minval.az

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
67 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...