“Azərbaycan Avropa İttifaqının vacib iqtisadi tərəfdaşı kimi qalmaqda davam edir”

“Azərbaycan Avropa İttifaqının vacib iqtisadi tərəfdaşı kimi qalmaqda davam edir”

“Azərbaycan Avropa İttifaqının vacib iqtisadi tərəfdaşı kimi qalmaqda davam edir”.

GUNDEMİNFO.AZ-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Brüsseldə Avropa parlamenti Xarici Əlaqələr Komitəsində Avropa Qonşuluq Siyasəti icmalının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, aprelin 20-də Lüksemburqda “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin toplantısında gözəl fikir mübadiləsi aparılıb: “Həmin görüş “Şərq tərəfdaşlığı” ölkələrinin mayın 21-22-də Riqada keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyırdı. Bu, Avropa Qonşuluq Siyasəti baxımından çox vacib toplantı olacaq. Aydındır ki, tərəfdaş ölkələr Avropa Qonşuluq Siyasəti icmalının onların fərqli ambisiyalarını tanıyacaq yolları təklif etməsini istəyirlər”.

Y. Han bildirib ki, Ermənistan Avropa İqtisadi Birliyinə qoşulsa da, bu ölkə ilə əməkdaşlıq davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...