Merkel: "Avropa artıq ABŞ-a ümid bəsləməməlidir"

Merkel: "Avropa artıq ABŞ-a ümid bəsləməməlidir"

Almaniya kansleri Angela Merkel bəyan edib ki, Avropa artıq ABŞ-a ümid bəsləməyə son qoymalıdır. APA-nın “Sptunik International”a istinadən verdiyi xəbərə görə, Almaniya kansleri bu sözləri ABŞ-ın İranla bağlanmış nüvə sövdələşməsindən çıxmasını şərh edərkən deyib.

“ABŞ artıq bizi qorumaq iqtidarında deyil, Avropa öz taleyini özü həll etməlidir, bu bizim gələcəyə olan vəzifəmizdir”, - deyə Merkel qeyd edib. A.Merkel bundan əvvəl Almaniyanın İranla nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdə davam edəcəyini bəyan edib. Onun sözlərinə görə, ABŞ-ın sövdələşmədən çıxması böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, D.Tramp mayın 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1166 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...