“... Cangüdənləri, maşınları var” - Partiya rəhbərlərindən danışdılar

“... Cangüdənləri, maşınları var” -


Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bir sıra siyasi partiyaların maliyyə mənbələrini gizlətməsindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o çıxışında qeyd edib ki, hər bir məsələnin mərkəzində maliyyə dayanır: “ Əgər maliyyə təminatı olursa bu və ya digər şəkildə cinayətə əl atmış olurlar. Biz həm siyasi partiyaların, həm QHT-lərin maliyyələşməsi ilə bağlı bəzi qanunlara baxmalıyıq. Baş Prokurorluq bu yaxınlarda açıqladı ki, bəzi siyasi partiyalar maliyyə mənbələri haqqında məlumat vermirlər. Biz vaxtilə bir sıra qanunlara dəyişiklik etdikdə Avropa strukturları və mətbuat bizim haqqımızda yazılar yazmağa başladı. Bu yaxınlarda bir partiya sədrinin müavini bir il ərzində neçə dəfələrlə başqa ölkələrə səfərlər etməsi, banklardan pul çıxarması məsələsi gündəmə gəldi. Kim öz nizamnamə tələblərindən çıxırsa, onun haqqında da çox ciddi şəkildə qərar qəbul etməliyik.

Partiyalar maliyyə hesabatından “0” rəqəmi göstərirlər. Amma görürsən ki, aparatında kifayət qədər adam çalışır, cangüdənləri, maşınları var. Ona görə də bəzi qanunlarda sərtləşdirmə aparmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...