Fransa səfiri: "Prezident Makron Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır"

Fransa səfiri: "Prezident Makron Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır"


"Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əalqələrinin zənginliyini anlayır".

APA-nın məlumatına görə, bu sözləri Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez yeni prezident Emmanulel Makronun Azərbaycanla münasibətlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi barədə suala cavabında deyib.

Səfir bildirib ki, yeni dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır: "O, münaqişənjn sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Həmişə olduğu kimi, Fransada yeni seçilmiş prezidentin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi mövcud problemin sülh yolu ilə həllinə yönəlmiş olacaq. Bu məsələdə Minsk qrupunun rolunu qeyd etmək istəyirəm. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmaqdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...