Gürcüstan mətbuatı Kaladzeni "istefa"ya göndərdi

Gürcüstan mətbuatı Kaladzeni "istefa"ya göndərdi


Gürcüstanın energetika naziri və Baş nazirin müavini Kaxa Kaladzenin vəzifəsindən istefa verməsi haqda məlumat yayılıb.

AzVision.az bildirir ki, bu barədə Gürcüstan mətbuatında özəl mənbələrə istinadən xəbər tirajlanıb.

Məlumata görə, Kaladze istefa ərizəsini ötən gün yazıb. Onun istefasının səbəbsiz olmadığı bildirilib. Kaladzenin paytaxt Tbilisidə keçiriləcək meri seçkilərində iştirak edəcəyi iddia edilib.

Gürcüstanın Energetika Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayaraq K.Kaladzenin istefa vermədiyini bəyan edib. Qeyd olunub, məlumat əsassızdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...