XİN: Ümid edirik ki, ÜAK-ın apellasiya şikayətinə müsbət cavab veriləcək”

XİN: Ümid edirik ki, ÜAK-ın apellasiya şikayətinə müsbət cavab veriləcək”


Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvləri ilə təbii olaraq Azərbaycan təmas saxlayır. Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya erməni İttifaqının üzvləri ilə təmasdadır.

Modern.az-ın məlumatına görə, bunu Rusiya XİN-nin Mətbuat katibinin Ümumrusiya azərbaycanlıları konqresinin ləğvi ilə əlaqədar şərhinə münasibətdə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rsəmisi deyib: "Məndə olan məlumata görə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apelyasiya müraciəti müvafiq qayda da baxılacaq və məsələ öz müsbət həllini tapacaq".
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...