Pakistan lideri Azərbaycan prezidentinə məktub göndərib

Pakistan lideri Azərbaycan prezidentinə məktub göndərib

Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Pakistan hökuməti və xalqı adından sizə səmimi və xoş arzularımı çatdırmaq istərdim. Bizim ölkələrimiz sıx tarixi, dini və mədəni əlaqələrlə bir-birinə bağlıdır. Pakistan bu əməkdaşlığı siyasi, mədəni, enerji və müdafiə sahələrində daha da genişləndirməyin tərəfdarıdır. Pakistan regional sülh, əlaqələndirmə və inteqrasiya prinsipinə sadiqdir. İqtisadi Əməkdaşlıq Təşkilatı, digər regional və beynəlxalq forumlar çərçivəsində birgə səylərimiz bizə bu dəyərli məqsədlərə çatmağa kömək edəcək. Mən bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı sülh və rifah arzu edirəm. Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...