Moskvada keçirilən "Ölməz alay" aksiyasında erməni diasporu təxribata əl atıb
Moskvada hər il keçirilən ənənəvi "Ölməz alay" adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq "Artsax" deyə qışqırıblar. Belarusskaya metrostansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb.
Azərbaycanlı gənc diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb edib. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb. Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər.
Eyni ilə aksiyada keşik çəkən polis və xüsusi təyinatlı polis dəstələrindən ermənilərin həmin bayrağı yığışdırması tələb olunub. Lakin polis buna məhəl qoymayıb. Ermənilərlə həmyerlilərimiz arasında mübahisənin qarşısını almaq üçün ermənilərin kolonu OMON-unun müşahiyyəti ilə irəli buraxılıb. Aksiyanın azərbaycanlı iştirakçıları isə bir müddət gözlədilib, onların yürüşə qatılmasına gec imkan verilib.
Qeyd edək ki, "Ölməz alay" aksiyasında Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondununun nümayəndələri iştirak ediblər.
894 dəfə oxundu