Ohanyan Rusiyada, Raffi ABŞ-da - ORO ittifaqı dağılır

Ohanyan Rusiyada, Raffi ABŞ-da -


Ermənistanda keçirilən parlament seçkilərində saxtakarlıq nəticəsində məğlubiyyətə düçar olan "Ohanyan-Raffi-Oskanyan" ittifaqı parçalanır. AzVision.az-ın “Joğovurd”a istinadən verdiyi məlumata görə, seçkidən sonra ittifaqa daxil olan partiyalar arasında əlaqələr kəsilib.

Onların yaxın gələcəkdə əməkdaşlığı davam etdirəcəyi ehtimal edilmir.

Bundan başqa "Birlik" və "İrs" partiyalarının da ləğv ediləcəyi haqda məlumatlar yayılıb. Lakin, "Birlik" partiyasının sədr müavini Stepan Markaryan “Joğovurd”a müsahibəsində bunu təkzib edib.

"Buna səbəb yoxdur. Təbii ki, "Birlik" partiyası qalacaq, müxtəlif formatlar olacaq, əməkdaşlıq ediləcək".

Markaryan, həmçinin partiyanın sədri Vardan Oskanyanın Ermənistana geri dönməsi, Raffi Ovanisyanın ABŞ-da olması, keçmiş müdafiə naziri Seyran Ohanyanın isə Rusiyaya getdiyi təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...