İslamiadanın işıqlandırılması üçün XİN-də 1000-dən çox jurnalist akkreditasiyadan keçib
“Report”un xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda konfransda deyib.
O qeyd edib ki, jurnalistlərin 200-ə qədəri ərəb ölkələrini əhatə edir. H.Hacıyev vurğulayıb ki, Xarici İşlər Nazirliyi İslam Həmrəyliyi Oyunları ilə bağlı üzərinə düşən işləri görür: "Bilirsiz ki, burada əsas iş viza məsələsidir. İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçən iştirakçıları, azarkeşləri ölkəyə vizasız gələ biləcəklər”.
XİN sözçüsü qeyd edib ki, bu il Azərbaycanın islam ölkələri ilə diplomatik əlaqələrinin 25 illiyi qeyd olunur: “Müstəqillik əldə etdkdən sonra ölkəmiz islam ənənələrinə sadiq qalaraq bir sıra addımlar atdı. Bu baxımdan bir sıra beynəlxalq təşkilatlara qoşuldu. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən ərəb ölkələri birmınalı olaraq Azərbaycana dəstək verdi. Bu da mövcud əlaqələri göstəricisidir”.
721 dəfə oxundu