Milli Məclisin qapalı iclasları necə keçiriləcək - yeni qaydalar

Milli Məclisin qapalı iclasları  necə keçiriləcək -


Azərbaycan Milli Məclisinin qapalı iclasının keçirilməsi qaydaları dəyişdirilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin daxili Nizamnaməsinə ediləcək dəyişikliklərdə əksini tapıb.

Nizamnamənin 3-cü maddəsinin ikinci hissəsinin təklif olunan yeni redaksiyasına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin IV hissəsinə uyğun olaraq Milli Məclisin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası prezidentinin təklifi ilə Milli Məclisin sessiyasının qapalı iclası keçirilə bilər”.

Maddənin qeyd olunan hissəsinin hazırda qüvvədə olan variantı isə belədir: “Milli Məclisin qapalı iclaslarının məzmunu haqqında məlumatlar aşkarlana bilməz və yalnız Milli Məclisin deputatları tərəfindən onların Milli Məclisdəki fəaliyyətində istifadə edilə bilər”.

Layihə parlamentin birgə komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...