Kərkük referenduma “YOX” deyəcək - Türkmənlərin deputatı

Kərkük referenduma “YOX” deyəcək -


Xəbər verildiyi kimi Kərkük Vilayət Məclisi Kərkükün Kürdüstan Muxtariyyətinin tərkibinə qatılmasına dair referendumun keçirilməsi haqqında qərar qəbul edib.

Qərar vilayət ərazisində keçiriləcək referendumun nəticəsindən asılı olaraq qüvvəyə minəcək.

Xatırladaq ki, Kərkük Vilayət Məclisinin 41 üzvü var. Onlardan 26-sı kürd, 9-u türkmən, 6-sı isə ərəbdir. İclası qurumda təmsil olunan ərəblər və türkmənlər boykot edib.

İraq türkmənlərinin Ərbil şəhərindən olan millət vəkili Aydın Maruf Modern.az saytına açıqlamasında deyib ki, Kərkük strateji, özəl statusu olan bir yerdir. O deyib ki, Kərkük türkmənlərin milli və mədəniyyət mərkəzidir.

“Buna görə də, türkmənlər buranın mənzərəsinin dəyişməsini istəməz. Referendum qərarı İraq Konstitusiyasına ziddir”-deyə Aydın Maruf söyləyib.

Onun sözlərinə görə, Kərkükdə olan etnik qrupların razılığı olmadan bu vilayət Şimali İraq Kürdüstan Muxtariyyətinə birləşdirilə bilməz.

“Bu razılıq olmadan Kərkükün coğrafiyasında heç bir şey dəyişə bilməz. Kərkük xalqı belə təxribatlara getməyəcək, referenduma “yox” deyəcək”.

Millət vəkili qeyd edib ki, Kürdüstan Muxtariyyəti Kərkükə heç bir hərbi təzyiq edə bilməz.

“Bizim kürdlərlə və digər millətlərlə heç bir problemimiz yoxdur. Buna görə də, hər hansı hərbi basqıdan söhbət belə gedə bilməz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...