Lavrov Azərbaycanın Rusiyaya yardım etməsindən danışdı

Lavrov Azərbaycanın Rusiyaya yardım etməsindən danışdı

“Rusiyanın xarici yardıma ehtiyacı yoxdur. Buna baxmayaraq, fövqəladə hallarda, o cümlədən də ölkəmizdə baş verən təbii fəlakətlər zamanı rus xalqı ilə xarici tərəfdaşların həmrəyliyinin təzahürünə dair çoxsaylı nümunələr mövcuddur”.

Rusiya XİN-in saytı xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov “Arqumenı i Faktı” nəşrinə verdiyi müsahibəsində digər ölkələrin Rusiyaya yardımına dair suala cavab verərkən bildirib.

Rusiya XİN rəhbəri bir sıra təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı göstərilən yardımlarda Azərbaycanın rolunu qeyd edib.

“2010-cu ildə yanğınlar zamanı Azərbaycan, Belarus, Ermənistan, İtaliya, Bolqarıstan, Qazaxıstan, Fransa, Polşa, Türkiyə və Latviya fövqəladə xidmətləri tərəfindən yardım göstərilib”, - Rusiya XİN rəhbəri bildirib.

“2012-ci ildə Azərbaycan və Belarus Rusiyaya Krasnodar vilayətində daşqından zərərçəkən əhaliyə humanitar yardım göndərib”, - deyə Sergey Lavrov vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...