"Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır, əks halda..."

 "Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır, əks halda..."
Ter-Petrosyan: "Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır, əks halda..."

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır. Bu fikirləri sabiq prezident "Kentron" telekanalının efirində səsləndirib.

Ter-Petrosyan deyib: "Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq".

Eks-prezident Madrid prinsiplərin dəstəklədiyini vurğulayıb:"Əgər Serj Sarkisyan bu yolla getsə, onda mən sona kimi onun yanında olacağam".

Qeyd edək ki, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni Milli Konqresi" aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Ermənistan Xalq Partiyası" ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.(azvision.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
605 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...