Əliyev, Putin və Ərdoğanın üçtərəfli görüşü hazırlanır

Əliyev, Putin və Ərdoğanın üçtərəfli görüşü hazırlanır

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün jurnalistlərə məlumat verib ki, prezidentlər İlham Əliyevin, Vladimir Putinin və Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşünə hazırlıq işləri görülür.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Öncə Sankt-Peterburqda Putinlə baş tutmuş görüşdə Ərdoğan bildirmişdi ki, Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq mexanizmi formalaşdıra bilərlər. Moskvada və Ankarada bu fikir dəstəklənmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...