“Bu yaşadığımız vəziyyətə qarşı əsl üsyandır” – Mərakeş “ərəb baharı” ilə üz-üzə

“Bu yaşadığımız vəziyyətə qarşı əsl üsyandır” –


Mərakeşdə etiraz aksiyaları dayanmaq bilmir.

Avropa.info xəbər verir ki, etirazlara səbəb Muhsin fikri adlı 31 yaşlı balıqsatanın ölümü səbəb olub. O, polisin müsadirə etdiyi balığı müdafiə edərkən zibil maşınının çalovuna ilişərək ölmüşdü.

Mərakeş sakini Taib Madmad deyir ki, Muhsin Fikri Mərakeş hakimiyyətinin tək qurbanı deyil və Mərakeş hakimiyyətinin zorakılığından ölən ilk şəxs deyil. Fikrinin ölümünədək bir çox mərakeşli polis və hakimiyyət tərəfindən öldürülüb.

“Əhalinin müxtəlif təbəqələrinin nümayəndələri, xeyli mərakeşli küçələrə çıxıb. Bu alçaltma sisteminə və yaşadığımız vəziyyətə qarşı əsl üsyandır. İndi biz Fikrinin ölümünün detalları haqda danışmırıq, o, özü ölüb ya polisin əlindən. Fikri üsyankarlığımızın simvoludur. Düşünürəm ki, indi ölkədə xalq üsyanı gedir” – tələbə Rabab Rzani belə deyib.

Xatırladaq ki, balıqsatanın ölümü ilə nəticələnən bədbəxt hadisə cümə günü baş verib. Hadisə ölkənin böyük şəhərlərində kütləvi etiraz aksiyaları yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...