"Xəzər qazının 2019-cu ildən Avropaya nəql olunmasını istəyirik"

"Xəzər qazının 2019-cu ildən Avropaya nəql olunmasını istəyirik"


Türkmənistanın paytaxtı Aşxabadda Xəzər qazının Avropaya nəql olunmasına dair danışıqlar keçirilib. "APA-Economics" xəbər verir ki, görüşdə Türkmənistan, Azərbaycan, Qazaxıstan və Türkiyənin neft-qaz qurumlarının rəhbərləri, o cümlədən Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç iştirak edib.

Sözügedən görüşdən öncə M. Şevçoviç Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə görüşüb. Görüşdən sonra vitse-prezident deyib: "Biz istəyirik ki, 2019-2020-ci illərdən etibarən Xəzər dənizində hasil olunan qaz Avropaya nəql olunsun. Biz Cənub Qaz Dəhlizinin vacibliyini və strateji əhəmiyyət daşıdığını bir daha qeyd etdik. Bu layihə bizə enerji marşrutlarımızı və mənbələrimizi diversifikasiya etməyə yardım edəcək".

Onun sözlərinə görə, görüşdə Xəzər dənizinin dibi ilə və İran üzərindən Avropaya qaz kəmərinin tikintisi müzakirə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
673 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...