Azərbaycanda USAID-in fəaliyyəti niyə dayandırılmalıdır? - Açıqlama

Azərbaycanda USAID-in fəaliyyəti niyə dayandırılmalıdır? -
“ABŞ administrasiyasının hazırkı mövqeyi məhz təcavüzkar niyyətlərə köklənib. Bu ölkə dünyanın digər bölgələrində olduğu kimi, Azərbaycanda da öz uyğunsuz iradəsini yeritmək istəyir. Təbii ki, Azərbaycan bu proseslərə göz yummmaq, dözmək niyyətində deyildi. Ona görə də deputatlarımızın ABŞ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi barədə təklifi ilk növbədə Vaşinqtondan gələn davranışa adekvat reaksiyadır.

Bu fikirləri Bakupost.az -a millət vəkili Bəhruz Məhərrəmov bildirib.

O qeyd edib ki, əgər ABŞ regionda sülh və sabitlik üçün təhdid yaradan siyasət yürüdürsə, 30 il işğal və təcavüzü davam etdirən Ermənistanın yenidən hərbi cəhətdən gücləndirilməsinə xidmət edən addımlar atırsa, təbii ki, 1997-ci ildə imzalanan “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanatın heç bir önəmi qalmır:

"Yaxud 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Saziş formal bir sənədə çevrilir. Belə olan tədqirdə, həmin müqavilələrin formallıq xatirinə qüvvədə qalması, yaxud eyni məzmunda yeni müqavilələrin razılaşdırılması, müqavilələrin uzadılması və ya yeni müqavilələrə hər hansı formada hazırlığın önəmi yoxdur”.

Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycana münasibətdə, xüsusən Vətən müharibəsi və antiterror tədbirləri zamanı açıq düşmənçilik mövqeyi tutan, bölgədə "beşinci kolon" formalaşdırmaq üçün fəaliyyət göstərən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi sərbəst şəkildə fəaliyyət göstərmək və layihələr həyata keçirməklə, eləcə də müəyyən layihələrin dəstəklənməsi yolu ilə Azərbaycana və bütövlükdə regiona yaxşı heç nə vəd etmir:

"Bu mənada, USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması barədə tələb əslində günün reallığından doğan zərurətdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...