Daha bir deputatdan növbədənkənar seçki anonsu

Daha bir deputatdan növbədənkənar seçki anonsu
Azərbaycanda bir neçə aydan sonra parlament seçkiləri olması gözlənilir.

Yenisabah.az xəəbər verir ki, bu barədə Modern.az-a müsahibəsində Ədalət, Hüquq və Demokraiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib.

"Bir neçə aydan sonra parlament seçkiləri olmalıdır. Amma yeni formalaşacaq parlamentin də beş il fəaliyyət göstərəcəyini düşünmürəm. Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir", - o qeyd edib.

Deputat bildirib ki, yeni Konstitusiyada da parlamentin rolu artırılmalı, deputatların sayı çoxaldılmalıdır.

"Deputatların sayını ən azı 151 etmək olar. Hesab edirəm ki, yay aylarında yeni parlamentin formalaşmasından sonra 2025-ci ilin sonlarında və yaxud 2026-ci ilin əvvəlində yeni Konstitusiya qəbul olunmalıdır", - Qüdrət Həsənquliyev vurğulayıb.

Partiya sədri qeyd edib ki, seçki nə qədər tez olarsa, o qədər yaxşıdır:

"İnsanlar tam seçkilərə köklənib. Parlament seçkisi bu yaxınlarda olacaq, çox ümid edirik ki, parlamentdə yerlərimizi artıraq. Başqa partiyalarla danışıqlar aparacağıq ki, seçkilərə blok halında girək. Bununla bağlı təcrübələr var. Bu dəfə ən azı fraksiya yaratmağı hədəfləyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
347 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...