"Vardanyan Rusiya hakimiyyəti üçün önəmli deyil" - Sergey Markov

"Vardanyan Rusiya hakimiyyəti üçün önəmli deyil" -
“Vardanyanın Laçın keçid məntəqəsində həbsi onu göstərir ki, hazırda Vardanyanın Rusiya dövləti ilə əlaqəsi yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya İctimai Palatasının üzvü, “Vətəndaş Dialoqu” Beynəlxalq Müşahidəçilər Qrupunun rəhbəri Sergey Markov deyib.

“Əgər onun hansısa əlaqəsi olsaydı, ya sülhməramlılar onu daşıyardılar, ya da Rusiya xüsusi xidmət orqanları ona kömək edərdilər. Onlar heç nə etmədilər. Bu isə o deməkdir ki, Vardanyan Rusiya hakimiyyəti üçün önəmli deyil”, – deyə Markov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xüsusi xidmət orqanları Qarabağdan çıxışa tam nəzarət edir və bu, belə də olmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
427 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...