Prezident: “Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi”

Prezident: “Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi”
“Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib: “Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi”.

Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.

Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayanda Naxçıvana qarşı da ərazi iddiaları irəli sürürdü: “Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə düşmən geriyə otuzduruldu. Amma Naxçıvan faktiki olaraq mühasirədə idi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
335 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...