Ərdoğanın Naxçıvana səfərinin iqtisadi avantajı - Millət vəkliinin rəyi

Ərdoğanın Naxçıvana səfərinin iqtisadi avantajı -
Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb. Bütün sahələrdə starteji əməkdaşlığı möhkəmləndirən iki qardaş ölkə iqtisadi sferada da geniş əlaqələrə malikdir.
GUNDEMİNFO.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

O əlavə edib ki, 2016-cı ildən başlayaraq iki ölkə arasında ticarət dövriyyəsi hər il əvvəlki ilə nisbətən artıb.


2022-ci ildə ölkələr arasındakı dövriyyəsi 5 milyard 842 milyon dollar olmuşdursa artıq bu ilin ilk 7 ayında 4 milyard 746 milyon dollarlıq ticarət qeydə alınıb. Bu o deməkdir ki, 2023-cü ildə də Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsində əvvəlki ilə nisbətən artım qeydə alınacaq.

Dünyada Türkiyə və Azərbaycan qədər yaxın olan hər hansı başqa iki ölkə yoxdur. Türkiyə Prezidentinin son səfəri yalnız iqtisadi və enerji əməkdaşlığı baxımdan deyil, bütövlükdə strateji aspektdən olduqca vacibdir. Qardaş ölkələr hər zaman birlikdədir və birgə hərəkət edirlər. Qardaşlığımız və dostluğumuz əbədi olsun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...