Prezidentin köməkçisi: İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi barışıq prosesinin əvəzsiz hissəsidir

Prezidentin köməkçisi: İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi barışıq prosesinin əvəzsiz hissəsidir
“Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxsin şəxsiyyəti müəyyən edilib. Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələr gördüyü, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını verməkdən imtina edir”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”-da yazıb.

O bildirib ki, qalıqları tapılmış 15 nəfərdən biri olan Hüseynov Gülverdinin qızları atalarının 30 ildən sonra nəhayət ki, məzara qovuşmasına görə çox seviniblər.

“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin əvəzsiz hissəsidir. Amma Ermənistan bu faktları gizlətməyə, inkar etməyə davam edir” – Prezidentin köməkçisi əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1096 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...