Əfv Komissiyasında baxılan müraciətlərin sayı 350-ni ötüb

Əfv Komissiyasında baxılan müraciətlərin sayı 350-ni ötüb
Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. 150-dən artıq müraciətə baxıldı. Bu gün əsasən yol-hadisəsi törətmiş şəxslərin müraciəti idi".

Onun sözlərinə görə, Komissiyanın iclasları davam edəcək: "Çox güman ki, bu həftə komissiyanın daha bir iclası baş tutacaq".

Qeyd edək ki, bundan əvvəl komissiyanın 2 iclası keçiriib. Həmin iclaslarda ümumilikdə 200-dən artıq müraciətə baxılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
460 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...