"Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik" - Qurban Qurbanov

 "Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik" -
“Bu gün bizim üçün çox böyük bir gündür”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis Ağdamın 27 ildən sonra işğaldan azad olunması ilə bağlı təəssüratlarını bölüşüb: “İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunub. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”.

Qurbanov Azərbaycan Ordusuna və Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib: “Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...